Bu bir zamanlar polis idarələrində Allahın söyülməsi müəmmasından fərqlidir

Ölkə üçün ən müqəddəs dəyər Allah və onu hədəfə alaraq təkcə inkar deyil, hətta təhqirə belə hədəf edənlər... Mənzərə sözün həqiqi mənasında ürəkağrıdandır. Doğurdanmı biz belə bir enişə yuvarlandıq ki, Allahın təhqir olunması ölkədə bu qədər rahat və məqbul sayıldı? Elə məsələ də burasındadır ki, susqun və seyirçi olmaq bu məsələdə razılıq əlaməti olaraq ortaya bu mənzərəni qoyur.

Bu siyasi məsələ, neft və qaz, insan hüquqları, uşaqpulu deyil ki, tələbi hakimiyyətdə narahatlığa, həbslərə yol açsın?! Həqiqətdə bütün dəyərlərdən ali olan Allah anlayışı daha ciddi diqqətə layiq olduğu halda heç olmasa buna etirazın heç bir məmur narahatlığına səbəb olmayacağını hər kəs bilib anlamalıdır ki, bəlkə bundan sonra Allahın təhqir edilməsinin yolverilməzliyini ortaya qoysun. 

Dünən polis idarələrində Allahın təhqirinə “hər hansı bir səbəbə” susaraq bunun baş vermədiyini iddia edənlər bu gün təhqirə yol verənlərin kimliyini nəinki aydın görür, hətta dediklərini öz dilindən də eşidə bilir. Dünən təhqir edənlərin qapalı divarlar arasında işgəncələrlə inanclıların şəxsiyyətini alçaltmaq üçün Allahı təhqir edənlərlə (bu sözlərdən Allaha pənah aparıram) bu gün ortanı qarışdıran fitnəkarların prinsipcə heç bir fərqi olmasa da, nəticədə ikincilərin addımı ona cavab vermək üçün heç bir xüsusi cürət istəmir. Lakin təəssüf ki, az bir qisimin narahatlığı istisna olmaqla böyük kütlə hələ də hər gün yağışdan sonra çoxalan göbələklər kimi bu əbləhlərə cavab verməyə süstlük edir.

Bu məsələdə ilk sətirləri Allah olan və Allah adına qazanc əldə edən ruhanilərin məlum hadisəni görmədən gəlmələri daha dəhşətlidir. Onlar sizin təbliğinizə qalxdığınız ən müqəddəs dəyəri hədəfə aldığı halda siz sözünü çatdırıb göstərişlərini əməl etdikləri Dini İşlər üzrə Dövlər Komitəsi və ya Qafqaz Ruhanilər İdarəsinə bu hədyan addımlar üçün etiraz ünvanlaya bilərsiz ki, heç olmasa oturduğunuz o uca mənbərdən xəcalət çəkməyəsiz. Bundan kənar bir cümlə ilə Allah adına xütbə oxuduğunuz cümə tribunalarında bu təhqiri məhkum edəcək etiraz səsləndirə bilərsiniz ki, bununla dayaramazlara mövqeyinizi göstərmiş olasınız.

Azərbaycanda Allah söyülür, xalqımız üçün ən müqəddəs dəyər olaraq inanc aşağılanır. Milyonlarla inanclı isə bu rəzalətin seyrində Subhanəllah (pak və ali olan) deyərək Allaha ibadəti ilə kifayətlənir. Hamı bu səhnəni təssüf, təəccüb və bəziləri bir addım irəli gedərək lənətləməklə vəzifələrini bitmiş sayırlar. Yalnız az bir qisim etiraz və nifrət həddində baş verənləri məhkum edir ki, onların da azlığı məlum rejimi bu məsələdə əhəmiyyətsiz yanaşmaya gətirib çıxarır.

 Səsimizi, içimizin fəryadını, ləyaqətsiz bu...nlara bildirmək və hakimiyyətdən iyrənc rəzalətə son qoymaq üçün sadəcə bir addım, etiraz səsi kifayətdir. İnanın ki, məsələnin həlli elə bu qədər sadə və bəsiddir.