İsrailin Qəzzadakı limana endirdiyi zərbə nəticəsində 6 nəfər ölüb

İsrailin pilotsuz uçuş aparatı ilə Qəzza şəhəri yaxınlığındakı liman zonasına endirdiyi zərbə nəticəsində biri uşaq olmaqla, 6 nəfər ölüb.

Bu barədə "Al Jazeera Arabic" tibbi mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, zərbə Qəzzanın qərbindəki limanda yerləşən yerli kafeyə endirilib. Nəticədə həmçinin 10 nəfər yaralanıb, onlar şəhərdəki Əl-Şifa xəstəxanasına yerləşdiriliblər.

Dinc əhalini öldürən İsrail Müdafiə Ordusundan eyni iddia səslənib bildirilib ki, "zərbənin hədəfi HƏMAS radikal Fələstin qruplaşmasının nümayəndəsi olub".