Azərbaycan maliyyə şəffaflığı üçün minimum tələblərə cavab verir - ABŞ

ABŞ Dövlət Departamenti 2026-cı il üçün Maliyyə Şəffaflığı Hesabatını açıqlayıb.

Hesabatda Azərbaycanın dövlət maliyyəsi şəffaflığı üçün minimum tələblərə cavab verdiyi müəyyən edilib. Hesabatda 139 ölkə, eləcə də Fələstin Muxtariyyəti araşdırılıb. Azərbaycandan əlavə, 2026-cı ildə minimum tələblərə cavab verən ölkələrin siyahısına İsrail, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və digərləri daxildir.

ABŞ Dövlət Departamentinin məlumatına görə, maliyyə şəffaflığı büdcə sənədləri də daxil olmaqla dövlət maliyyəsi məlumatlarının açıqlığını və əlçatanlığını, eləcə də hökumət müqavilələri və lisenziyaları ilə bağlı prosedurların şəffaflığını nəzərdə tutur. Dövlət Departamenti bunu effektiv dövlət maliyyə idarəçiliyinin, hökumətin hesabatlılığının və iqtisadi dayanıqlığın vacib elementi kimi görür.