Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda tutan gərgin görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı parlaq qələbəsi ilə yekunlaşıb. İlk oyundakı nəticəni nəzərə alaraq, ümumi hesabda rəqibini 2:1 üstələyən “Qarabağ” adını pley-off mərhələsinə yazdırıb.
Qarşılaşmada qolları 12-ci dəqiqədə Jali Muaddib və 69-cu dəqiqədə Aleksey Kaşuk vurub.
Oyunun diqqət mərkəzindəki sima: Elvin Cəfərquliyev
Matçın ən yadda qalan və emosional məqamlarından biri komandanın aparıcı üzvü Elvin Cəfərquliyevin qol sevinci zamanı etdiyi xüsusi jest olub. Futbolçu komandasının üstünlüyünü qeyd edərkən mənəvi baxımdan dərin məna kəsb edən simvolik bir hərəkət nümayiş etdirib.
Elvin əlini yuxarı qaldıraraq İslami ənənədə — Həzrət Peyğəmbərin Qədir-Xum hadisəsində İmam Əlinin əlini qaldıraraq “Mən kimin rəhbəriyəmsə, Əli də onun rəhbəridir” buyurduğu tarixi anı təkrarlayıb. Futbolçunun bu addımı həm azarkeşlər, həm də oyunu izləyənlər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Qarabağın növbəti qələbəsi – Elvinin “Qədir Xum” mesajı