"Toplum TV işi" üzrə həbsdə olan, III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli və Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Əli Zeynal içməli su tələb etdiklərinə görə cərimə kamerasına ("karser") salınıblar.
Bu barədə avqustun 19-da R.İzzətlinin həyat yoldaşı Günel Manaflı sosial media hesabında məlumat verib.
"Umbaku Pentensiar Kompleksində ciddi su problemi yaşanır. 40 dərəcə istidə içməli su tapılmır. Ruslan İzzətli dəfələrlə bu problemin həllini tələb etsə də, məhəl qoyulmayıb. Sanki Quantanamo həbsxanasıdır. İndicə Əli Zeynalla danışdım. Ruslanın buna etiraz etdiyi üçün karsa salındığını, özünün də indi karsa gedəcəyini bildirdi", - o qeyd edib.
G.Manaflı Prezident Administrasiyasına, Ədliyyə Nazirliyinə və Ombudsmana müraciət edərək problemin həllini tələb edib.
"Niyə bu istidə məhbuslar susuz qalmalıdır?! Müəssisə rəhbərliyinin belə işə getmədiyi, cəhənnəmi xatırladan qurumda niyə su tapılmır?! Niyə bu məsələ həllini tapmır?! Niyə siyasi məhbuslarla bu cür davranış sərgilənir?", - o sual edib.
R.İzzətli və Ə.Zeynal 2024-cü ilin martında "Toplum TV işi" üzrə həbs olunublar.
Bu il iyulun 27-də "Toplum TV işi" üzrə həbsdə olan şəxslərə hökm oxunub. Hökmə əsasən, R.İzzətli 15, Ə.Zeynal isə 14 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxslər qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə ilə ittiham olunurlar. Özləri isə ittihamları rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.
Ruslan İzzətli və Əli Zeynal cərimə kamerasına salınıblar