Misirdə son 12 ildə tikilən və təmir edilən məscidlərin sayı

2014-cü ildən bəri Misirdə təxminən 15 min məscid tikilib və ya təmir edilib.

Bu barədə ölkənin Vəqflər Nazirliyi bildirib.

Qeyd edilib ki, son 12 il ərzində Misirdə məscidlərin tikintisi, inkişafı və təmiri sahəsində genişmiqyaslı işlər həyata keçirilib.

Xatırladaq ki, Misir əhalisinin sayı 120 milyon nəfərdən çoxdur və sakinlərin 90%-dən çoxunu da müsəlmanlar təşkil edir.