Yəmən Xarici İşlər Nazirliyi ABŞ-ın Livanın ən vacib elementlərindən biri olan Hizbullaha tətbiq etdiyi sanksiyaların “sionist düşmən”ə açıq dəstək təşkil etdiyini bildirib.
Yəmən Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu qanunsuz sanksiyaların və oxşar hərəkətlərin dövlətlərarası münasibətləri tənzimləyən beynəlxalq hüququn açıq şəkildə pozulması olduğu vurğulanıb.
“İsrailin düşmən üzərində hərbi qələbə qazana bilmədikdə, Amerika rəsmiləri bu rolu tamamlamaq üçün müdaxilə edirlər. ABŞ-ın bu addımı sionist rejimin hərbi sahədəki uğursuzluğunun göstəricisidir.”
Yəmən hökuməti bildirib ki, bu kritik dövrdə Hizbullahı və Livan müqavimətini hədəf almaq, hansı tərəfdən gəlməsindən asılı olmayaraq, işğalçı rejimə açıq kömək və onun cinayətlərində fəal iştirak deməkdir.
Bəyanatın sonunda Yəmən Xarici İşlər Nazirliyi Livan rəsmilərinə xəbərdarlıq edərək deyib: “Livan rəsmiləri tarixi diqqətlə oxumalıdırlar; düşmənin tərəfini tutmaq yalnız məyusluğa və itkiyə səbəb olacaq”.
Xatırladaq ki, ötən cümə axşamı ABŞ Maliyyə Nazirliyi Hizbullahla əlaqələrinə görə sanksiya siyahısına daha yeddi şəxsin əlavə olunduğunu elan etdi.
Yəmən ABŞ-ın sanksiyalarına cavab verib: “Hizbullaha qarşı sanksiyalar İsrailin cinayətlərinə şəriklikdir”