Rusiya ordusu Çerniqova dron zərbəsi endirib, 2 nəfər ölüb, 4 yaralı var

Rusiya Çerniqova dronlarla hücum edib.

“Ukrainskaya Pravda“nın xəbərinə görə, dronlar yaşayış binasını hədəfə alıb.

Nəticədə biri azyaşlı olmaqla, iki nəfər ölüb. Dörd nəfər isə yaralanıb.

Hücumlar yaxınlıqdakı mağazada yanğına səbəb olub.