Türkiyə inflyasiya səviyyəsinə görə Avropada 1-ci yerdədir

Türkiyə Statistika İnstitutu (TÜİK) avqust ayında inflyasiya ilə bağlı məlumatları dərc edib.

Bu məlumatlara görə, aylıq inflyasiya 1,84%, illik inflyasiya isə 31,51% təşkil edib.

Bu ilin yanvar-avqust aylarında inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 0,57% yüksək olub. 2026-cı ildə səkkiz aylıq inflyasiya səviyyəsi 22,07%, ötən il isə 21,5% olub.

İllik inflyasiya səviyyəsi 31,51% olan Türkiyə dünyada ən yüksək inflyasiyaya malik 5-ci ölkədir. Venesuela birinci yerdə (576%), İran ikinci yerdə (87,9%), Cənubi Sudan üçüncü yerdə (58,21%) və Argentina dördüncü yerdədir (33,8%).

Yuxarıda qeyd olunan göstərici ilə Türkiyə Avropa ölkələri arasında birinci yerdədir. Türkiyəni 8,2% inflyasiya səviyyəsi ilə Rumıniya izləyir.