Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq telefon danışığı aparıblar.
Telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə edərək, tranzit və nəqliyyat əməkdaşlığının, sərhəd layihələrinin və neft və təbii qaz sektorlarında tərəfdaşlığın inkişaf etdirilməsinə diqqət yetiriblər.
Fərzanə Sadiq qaz, elektrik enerjisi və nəqliyyat sahələrində keçirilən birgə iclaslara toxunaraq, müzakirə olunan məsələlərin nəticələrini nəzərdən keçirmək və izləmək üçün təcili olaraq birgə komitənin yaradılmasının vacibliyini vurğulayıb.
İran naziri son müharibə zamanı nəqliyyat infrastrukturuna dəyən ziyana toxunaraq bildirib ki, "Zədələnmiş nəqliyyat marşrutlarının istismar vəziyyətinə qaytarılması ilə yanaşı, davam edən layihələrin tamamlanması prosesi də fasiləsiz davam edir".
Fərzanə Sadiq qeyd edib ki, iki ölkə arasında münasibətlərin müsbət gedişi prezidentlər arasında görüşlər və yüksək səviyyəli rəsmilər arasında sıx əməkdaşlıq sayəsindədir.
Mustafayev bildirib ki, İran hökumətinin aktiv tranzit marşrutlarının bərpası və saxlanılması səyləri təqdirəlayiqdir.
Telefon danışığı zamanı tərəflər strateji və iqtisadi əməkdaşlığın inkişafının vacibliyini vurğulayıblar.
Azərbaycan və İran arasında tranzit və enerji sahəsində əməkdaşlıq