“İslam ərəblərin dinidir” demək niyə problemli kontekstə çevrilə bilər?
İslamın VII əsrdə Ərəbistan yarımadasında meydana çıxması tarixi faktdır. Amma bundan “İslam ərəblərin dinidir və müsəlmanlar yad bir mədəniyyətin daşıyıcılarıdır” kimi nəticə çıxarmaq artıq başqa məsələdir.
Bu gün İslam yalnız ərəb cəmiyyətlərinin dini deyil. Müsəlman icmaları müxtəlif xalqlardan, dillərdən və mədəniyyətlərdən ibarətdir. Azərbaycan cəmiyyətinin də özünün çoxəsrlik İslam mədəniyyəti, dini irsi və yaddaşı var.
Ona görə də sosial şəbəkədə dini inancı “ərəblərə məxsusluq” üzərindən aşağılamaq cəhdi yalnız ateist mövqenin ifadəsi kimi qəbul edilə bilməz. Əgər belə ifadələr konkret olaraq müsəlmanları aşağı, geridəqalmış və ya yad qrup kimi təqdim etmək məqsədi daşıyırsa, artıq anti-müsəlman ayrı-seçkiliyi müzakirə etmək üçün əsas yaranır.
Burada sözlərin arxasındakı niyyət, kontekst və ifadələrin sistemli xarakteri araşdırılmalıdır. Çünki hüquqi və ictimai qiymətləndirmədə bir cümləni kontekstdən çıxarıb hökm vermək də, açıq-aşkar düşmənçilik ifadələrini “fikir azadlığıdır” deyərək müdafiə etmək də eyni dərəcədə yanlış yanaşmadır.
Bəs müsəlmanların cavabı nə olmalıdır?
Ən çətin sual budur. Bir müsəlmanın dini dəyərlərinin təhqir edildiyini düşünməsi ona qarşı tərəfi döymək hüququ vermir.
Azərbaycan Konstitusiyası bunu olduqca aydın şəkildə müəyyənləşdirir. Vicdan azadlığı qorunur, lakin dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Eyni zamanda, Konstitusiya dini mənsubiyyətə görə ayrı-seçkiliyi qadağan edir və dini düşmənçilik yaradan təşviqatı yolverilməz sayır.
Deməli, bir insanın İslamı təhqir etdiyini düşünürsənsə, cavabın yumruq ola bilməz. Çünki sən dinini qoruduğunu düşünərək, əslində, qanunun qoruduğu nizamı dağıtmış olursan. Daha təhlükəlisi isə budur.
Bu gün bir ateisti “dinə hörmətsizlik etdi” deyə döyməyə haqq qazandıran məntiq sabah başqa bir müsəlmanı məzhəbinə, dini mövqeyinə və ya fikrinə görə cəzalandırmaq üçün də istifadə oluna bilər.
Qanunu şəxsin əlindən alıb küçə ədalətinə vermək heç vaxt dini müdafiə mexanizmi ola bilməz.
Ancaq digər tərəfin də məsuliyyəti var
Məsələnin bu tərəfi sosial şəbəkələrdə bəzən qəsdən görünməz edilir. Sanki belə bir yanlış təsəvvür yaradılır ki, “Mən ateistəm, deməli, istədiyim dini ifadəni işlədə bilərəm, qarşı tərəfin buna etiraz etməsi isə fanatizmdir”. Xeyr.
Fikir azadlığı insana fikrini söyləmək imkanı verir, başqasını alçaltmaq üçün toxunulmazlıq “statusu” vermir.
Azərbaycan Konstitusiyası bir tərəfdən fikir və vicdan azadlığını qoruyur, digər tərəfdən dini və milli düşmənçilik yaradan təşviqatı qadağan edir. Cinayət Məcəlləsinin 283-cü maddəsi də milli, irqi, sosial və dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına və dini mənsubiyyətə görə hüquqların məhdudlaşdırılmasına yönəlmiş hərəkətləri ayrıca hüquqi məsuliyyət müstəvisinə çıxarır.
Bu o demək deyil ki, İslamın bütün tənqidləri cinayətdir. Əksinə, hüquqi qiymətləndirmədə çox mühüm fərq var. Tənqid başqa, nifrət və düşmənçilik yaratmağa yönəlmiş fəaliyyət başqadır. Bu sərhədi müəyyən etmək isə sosial şəbəkə istifadəçilərinin deyil, hüquq-mühafizə və məhkəmə orqanlarının işidir.
Ardı var
Dini dəyərlər niyə hədəfə çevrilir? – Sosial şəbəkələrdə təhlükəli qarşıdurma 2-ci hissə