İsrail Milli Təhlükəsizlik Şurası (MTŞ) yəhudi təqvimi ilə qeyd olunan payız bayramları ərəfəsində ölkə vətəndaşlarının xaricə səfərləri ilə bağlı yenilənmiş xəbərdarlıq yayıb.
İsrail mediasına istinadən xəbər verir ki, MTŞ-nin xəbərdarlığında İran, “Hizbullah” və HƏMAS-la davam edən qarşıdurma fonunda xaricdə israillilər və yəhudilər üçün mövcud riskləri dəyərləndirib.
Sənəddə xüsusilə İranla həmsərhəd və ya ona coğrafi baxımdan yaxın ölkələrə diqqət çəkilib. Bu çərçivədə Azərbaycan, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri İranın terror infrastrukturu baxımından həssas ölkələr kimi qeyd olunub.
Bununla yanaşı, İordaniya, Qətər, Somaliland və Misir, o cümlədən Sinay yarımadası 4-cü təhlükə səviyyəsinə aid edilib. İsrail vətəndaşlarına bu ölkələrə səfərlərdən tamamilə çəkinmək tövsiyə olunur.
MTŞ həmçinin israillilərə 4-cü səviyyəli təhlükə zonalarındakı ölkələrdə tranzit dayanacaqlardan mümkün qədər yayınmağı tövsiyə edib. Belə ölkələrdə məcburi hava limanı transferi zamanı isə terminalı tərk etmək qadağandır. İsrail vətəndaşlarının qanunla getməsinin qadağan olunduğu ölkələr də ayrıca sadalanıb.
İsrail Milli Təhlükəsizlik Şurası hesab edir ki, hazırkı təhlükə geniş coğrafiyaya yayıldığı və gözlənilməz olduğu üçün xüsusilə ciddi xarakter daşıyır. Risklərin artmasına ideoloji radikallaşma və internetdə anti-İsrail ritorikasının güclənməsi də təsir edir.
İsrail Azərbaycanı yəhudilər üçün risk zonasına saldı