Əli Kərimlinin ingilis dilində kitabı nəşr olunub

Həbsdə olan müxalifət liderinin ingilis dilində kitabı nəşr olunub.

Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müxtəlif illərdə yazdığı məqalə və verdiyi müsahibələr əsasında ingilis dilində kitab nəşr olunub.

“Azad olmaq qərarı” (“The Decision to Be Free”) adlı kitab Fransada çap olunub.

Məqsəd Əli Kərimli barədə məlumatları daha geniş auditoriyaya çatdırmaqdır.