Yeni təhsil ilində yeni uğurlarla

Yeni tədris ilində bütün şagird və tələbələrimizə uğur və müvəffəqiyyət arzu edirik. Müasir dünyada heç bir inkişaf təhsil, elmin naliyyətləri olmadan mümkün deyil. Azərbaycanımızın da bu günü, sabahı üçün elm və bilikli şəxslərə ehtiyacımız var ki, bu millətin bir xalq olaraq öz kimliyini qorumaq və inkişaf etdirməsi elmin sərhədləri əhatəsindədir.

Əlbəttə burada hakimiyyətin üzərinə daha böyük məsuliyyət düşür ki, bu günün repetitor qoynunda və ağır məktəb çantaları altında əyilən şagirdlərin təhsil yükünü daha mütərəqqi, dünya stantdarlarına uyğun, eyni halda işlək etsin. Bunun üçün hələ hansı işlərin görülməsi özü geniş bir mövzu olaraq qalır.

Məktəblərdə pis vərdişlərə yol açan kənar təsirlər, narkomaniya, hətta cinsi təsirlər belə bu sahədə boşluqların aradan qaldırılmalı və nəticələrinin təkcə təhsilə deyil, Azərbaycanın bütün ruhuna vurulan ağır zədə olaraq diqqətə alınmasına ehtiyac duyulan problemlər də bu günün təsir müəssisələri daxilində yaşanan acınacaqlı faktlardır.

Bu və bu kimi uzun uzadı danışılan problemlərin fonunda məktəb təhsillə bərabər sosiallaşan, dosluq və ünsiyyət məkanı, bölüşmə, doğmalaşma, doslaşma, dünyada ikinci valideyn sayılan əziz müəllimlərilə yanaşı bir ömür xatirəsi əziz olan müqəddəs məbəddir. Bu bizlərin ilk kövrət duyğularımızdan özümüzə inam nümunəsi olaraq həyat tərəqqisinə qədər uzanan yolun yol yolçusu olaraq bizim həyatımızın əhəmiyyətli hadisələrinə şahid, dəstək və öyrədicidir.

Yeni təhsil ilində əziz müəllimləri, dəyərli şagirdləri və tələbələri təbrik edir, onlara uğur və müvəffəqiyyət arzu edirik.