DTX tərəfindən saxlanılan "Çevik" həbs edilib

Bir müddətdir sosial media üzərindən “Allah yoxdur” şüarı ilə dini dəyərlər və inanclıların təhqiri ilə gündəmə gələn “Çevik” ləğəbli Məqsəd Məcid oğlu Bağırov həbs edilib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan “blogger” barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan edilib.

Belə ki, Məqsəd Bağırov cəmiyyətdə dini nifrət və düşmənçilik salma ilə bağlı əməllərin törədilməsində təqsirli bilinir.