Sentyabrın 15-də Prezident İlham Əliyev Ayaz Əsgərovu Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Prezidentin sərəncamında bunun səbəbi açıqlanmayıb.
Amma ölkənin yerli saytlarında elə sentyabrın 15-də bu ilin aprelində bu rayonun icra hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı məlumat yayılıb.
Məlumatda qeyd edilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bu ilin aprelində həyata keçirdiyi əməliyyat nəticəsində Yardımlı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini və baş məsləhətçi saxlanıb.
Məhkəmənin qərarı ilə onların barələrində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bu məlumatı APA agentliyinə də təsdiqləyiblər.
Amma onların nədə ittiham edildiyi açıqlanmır. Məsələyə sözügedən şəxslərin yaxınlarından münasibət almaq mümkün olmayıb.
Son illər Azərbaycanın bir çox rayon icra hakimiyyətlərində oxşar əməliyyatlar keçirilib. Hətta bir çox başçılar həbs edilib.
İcra başçılarının həbs dalğası, əsasən, 2019-cu ilin dekabrından başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) oxşar əməliyyatlar keçirmişdi. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib. Onlar mənimsəmə, vəzifə səlahiyyətini aşma və başqa ittihamlarla həbs ediliblər. Bəziləri tam, bəziləri də qismən ittihamları rədd edib.
Ayaz Əsgərov isə 10 il idi bu vəzifəni tuturdu. O, daha əvvəl Qazax rayon İcra Hakimiyyəti başçısı vəzifəsində işləyib. Ondan da işdən çıxarılmasına münasibət almaq mümkün olmayıb.
Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var