Pezeşkian: Ayətullah Müctəba Xamenei sağdır və işini davam etdirir

İran İslam İnqilabının Ali lideri Ayətullah Müctəba Xamenei sağdır.

Bu barədə İran prezidenti Məsud Pezeşkian bəyan edib.

O bildirib ki, Ayətullah Müctəba Xamenei öz vəzifələrini icra etməyə davam edir.

Pezeşkian qeyd edib ki, Ali liderin yerinin gizli olması zəruridir, çünki ABŞ və İsrail tərəfindən daha öncə də İranın liderləri və komandirlərinə qarşı hücumlar törədilib.

O əlavə edib ki, Ayətullah Müctəba Xamenei barəsində yayılan şayiələrin arxasında ABŞ və İsrail durur, çünki onlar İslam İnqilabının rəhbərinin yerini tapa bilmirlər.