MBH üzvü Elçin Zeynalov azadlığa çıxıb

Daha bir Müsəlman Birliyi Hərəkatının üzvü azadlığa buraxılıb. Elçin Zeynalov bu gün saxlanıldığı Umbakı ciddi qapalı müəsisəsindən həbs müddətini bitirərək azadlığa çıxıb.

Zeynalov Elçin 2023-cü il martın 16-da saxlanılmışdı. İnanclıların kütləvi həbslərinin gerçəkləşdiyi ortamda E. Zeynalov da narkotiklərlə bağlı ittiham edilmişdi. Sumqayıt Ağır Cinayətlər məhkəməsi 2024-cü ilin 5 fevralında onu bu saxta ittihamla müqəssir bilərək 4 il müddətinə azadlıqdan məhrum etmişdi.

Cəza müddətində inanclı Şəki cəzaçəkmə müəsisəsinə köçürülür. 2025-ci ilin dekabrında məhkəmə ona daxili qaydaların pozulması ittihamı ilə cəzasının qalan 10 aylıq müddətini Umbakı ciddi qapalı rejimli müəəsisəyə köçürür.

Bu gün inanclı həbs müddətini bitirərək azadlığa çıxıb.