Nizami Əhmədov da azadlığa çıxıb

Daha bir MBH üzvü azadlığa buraxılıb. 17 saylı cəzaçəkmə müəsisəsindən buraxılan Nizami Əhmədov da həbs müddətini bitirərək azadlığa çıxıb.

Əhmədov Nizami Elxan oğlu 2023-cü il aprelin 8-də saxlanılmışdı. İnanclıların kütləvi həbslərinin gerçəkləşdiyi ortamda N. Əhmədov da narkotiklərlə bağlı ittiham edilmişdi. Bakı Ağır Cinayətlər məhkəməsi 2023-cü ilin 23 noyabrında onu bu saxta ittihamla müqəssir bilərək barəsində 3 il 8 ay müddətinə azadlıqdan məhrum etmə qərarı çıxarmışdı.

Sentyabrın 11-də inanclı həbs müddətini bitirərək azadlığa çıxıb.

Xatırladaq ki, sentyabr ayı boyunca Cavid Allahverdiyev, Elçin Zeynalov, Həsən Abbaszadə və Loğman Mikayılov daxil olmaqla 5 MBH üzvü azadlığa qovuşub.