Tale Bağırzadənin övladları MəhəmmədHəsən və MəhəmmədHüseyn Bağırzadələrə qarşı Bakı şəhəri Xəzər Rayon Məhkəməsində başlanan iclas öz işini davam etdirib. Sentyabrın 29-da hakim Vüqar Məhərrəmovun sədrliyi ilə keçirilən məhkəmədə bu dəfə Bağırzadə qardaşları ifadə verib.
Hakim ilk kürsüyə 15 yaşlı MəhəmmədHüseyni çağırıb. Hadisəni danışan yeniyetmə bildirib ki, Vaqifin söyüş söyməsi və özünün ona etirazı sonradan Kamil və Ludmilanın (zərərçəkmiş tərəf) da onunla əlbəyaxa savaşına gətirib çıxarıb. Hər üç şəxs tərəfindən zərbələr aldığını bildirən MəhəmmədHüseyn hətta vəziyyətinin pisləşməsi səbəbindən üzərinə təcili yardımın belə çağırıldığını söyləyib.
Dövlət ittihamçısı MəhəmmədHüseyndən Ludmilanı tanımasını soruşanda o, tanıdığını deyib.
“Kamil onu qohumu kimi bizə tanıtmışdı. Adının da Dəniz olduğunu demişdi. Bəziləri Dənizin qız olduğunu desələr də, mən onun qız sevgilisinin olduğunu bildiyimdən düşünürdüm ki, o oğlan olar. Axı heç məktəbdə də bir qızın digər qız sevgililəri olaraq onun yanına gəlməsinə icazə verilməzdi deyə, məndə onun oğlan olması haqda yəqinlik yaranmışdı.”
Hakimin MəhəmmədHüseyndən Dənizin (zərərçəkən Ludmilanın) məktəbdə oxuması ilə bağlı sualına isə o, “Dəniz məktəbimizdə oxumur. Düzdür, məktəbə tez-tez gəlir və hər dəfə də məktəbin pəncərəsindən düşərək içəri daxil olur. Lakin o, məktəbimizdə oxumur”, — deyə cavab verib.
Növbəti sual onun adı ilə bağlı olub. Dövlət ittihamçısı sual verib ki, məgər onun adının Dəniz olması qız olması üçün yetərli səbəb deyilmi? Bu suala vəkil cavab verib. O, bildirib ki, Dəniz həm kişi, həm də qadına qoyulan addır.
Növbəti ifadəni 17 yaşlı MəhəmmədHəsən verib. O, Ludmilanı tanımadığını bildirib. Mübahisənin də qardaşı ilə yaranan gərginliyə etiraz etdiyi vaxt Dəniz ləqəbli Ludmilanın ona zərbə endirməsi hadisənin belə bir nəticəyə gəlib çıxmasına səbəb olduğunu deyib.
“Bu qarşıdurmaya səbəb Ludmilanın söyüş söyməsidir. Savaşı da onlar başlayıb. Lakin işin müqəssiri sanki bizik deyə, bizə cinayət işi açılır, Ludmilaya inzibati. Bütün bunların mənim atam Tale Bağırzadəyə qarşı təzyiq olduğunu bilirik. Ancaq bunu da bilirik ki, baş verənlər atamın mübarizə və mücadiləsinə zərrə qədər olsun təsir göstərə bilməz.”
Bu dəfəki iclasda zərərçəkmiş tərəf iştirak etsə də, vaxt məhdudiyyəti səbəbindən onların ifadəsi gələn məhkəmə iclasına qədər ertələnib. Bununla da məhkəmə bu dəfəki işini yekunlaşdırıb. Növbəti iclas 15 oktyabr saat 11:20-yə təyin edilib.
Xatırladaq ki, aprelin 7-də Bakının Buzovna qəsəbəsində yerləşən 26 nömrəli məktəbin idman meydançasında insident baş verib. Yuxarı sinif şagirdlərindən birinin nalayiq ifadələr işlətməsi mübahisəyə səbəb olub. MəhəmmədHüseynin onları bundan çəkindirməsi gərginliyi daha da artırıb. Qarşı tərəfin təhqiramiz ifadələri MəhəmmədHüseynə yönəltməsindən sonra mübahisə əlbəyaxa davaya çevrilib.
Mübahisə zamanı qardaşının iki şagird tərəfindən zorakılığa məruz qaldığını görən böyük qardaş MəhəmmədHəsən davaya müdaxilə edib. Hadisə nəticəsində qarşı tərəfdən bir nəfərin burnu sınıb. Məhkəmə də məhz bu şikayət əsasında keçirilir.
“... Məktəbdə oxumur, ancaq o, hər dəfə məktəbə pəncərədən düşərək gəlirdi”, - Tale Bağırzadənin oğlanlarının məhkəməsindən

Oxşar xəbərlər