Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan ölkədə benzin qiymətlərinin qlobal bazarlardakı artımla müqayisədə daha az yüksəldiyini açıqlayıb.
Ermənistan mediasının məlumatına görə, nazir bu barədə jurnalistlərə danışarkən bildirib.
Papoyan qeyd edib ki, Azərbaycandan benzin idxalı Ermənistanda qiymətlərin daha kəskin bahalaşmasının qarşısını alıb. Onun sözlərinə görə, alternativ yanacaq mənbələri olmasaydı, ölkədə benzin qiymətləri beynəlxalq bazarlardakı kimi ciddi artım göstərə bilərdi.
Nazir vurğulayıb ki, dünya üzrə benzinin qiyməti əhəmiyyətli dərəcədə yüksəlib, lakin Azərbaycandan tədarük hesabına Ermənistanda artımın bir neçə dəfə deyil, faizlərlə məhdudlaşması təmin edilib.
Papoyan eyni yanaşmanın mayeləşdirilmiş qazın qiymətlərinə də aid olduğunu bildirib. O əlavə edib ki, alternativ yanacaq mənbələrinin mövcudluğu Ermənistanda qiymət artımının miqyasına birbaşa təsir göstərib.
Azərbaycan benzini Ermənistanda qiymət artımını məhdudlaşdırıb