Azərbaycan U-20 millisi "Qəbələ" ilə heç-heçə etdi

Azərbaycanın U-20 millisi Qəbələdə keçirdiyi təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununa çıxıb.

Yığma "Qəbələ" ilə qarşılaşıb.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi toplanış çərçivəsində daha 2 yoxlama matçı keçirəcək. Yığma oktyabrın 3-də Moldovanın, oktyabrın 6-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Hər iki görüş Qəbələ şəhər stadionunda keçiriləcək.