Ayətullah Seyid Musa Şubeyri Zəncani dünyasını dəyişib

Ayətullah Seyid Musa Şubeyri Zəncani bu gecə haqqın dərgahına qovuşub. O, şiə təqlid müctəhidlərindən, Qum Elmlər Hövzəsində fiqh və üsul alimlərindən biri idi. Böyük şəxsiyyət Ayətullah Ərakinin vəfatından sonra Qum Müəllimlər İcması tərəfindən təqlid müctəhidi kimi tanıdılmış yeddi fəqihdən biridir. Şubeyri Zəncani Qum və Nəcəfdə təhsil alaraq Ayətullah Burucerdi, Ayətullah Xoyi və Seyid Muhəmməd Damədin dərslərində iştirak edib. “Rical Nəcaşinin araşdırılması” tədqiqatları da daxil olmaqla bəzi əsərlər onun tərəfindən nəşr edilmişdir. Atası Seyid Əhməd Zəncani Xanım Məsumənin (s.ə.) hərəmində səhər və axşam namazlarının imamı olmuşdur.

Seyid Musa Şubeyri Zəncani 1927-cı ildə İranın Qum şəhərində anadan olmuşdur. Seyid Musa Şubeyri Zəncaninin atası Seyid Əhməd Şeyx Əbdül Kərim Hairi Yəzdinin yaxın qohumu sayılır.  Öz dövrünün bir alimi sayılan Seyid Əhməd Şübeyri Zəncani 25 il Seyid Zəncanın məktəbində təhsil amış və oraa tədrislə məşğul olmuşdur.

Şübeyri Zəncani hövzə dərslərinə 1941-42-ci illərdə başlamış və səthi dərsləri dörd il ərzində bitirmişdir. Bundan sonra o, Seyid Sədrəddin Sədrin dərsinə qatılır və bu dərsin ən gənc iştirakçısı olur.  Ayətullah Burucerdinin fiqh və üsul xaric dərslərində iştirak edən Zəncanı ondan elmin əsaslarını öyrənir.   Seyid Musa Sədr və Şəhid Beheşti ilə birlikdə Seyid Muhəmməd Damadin tələbələrindən biri olan Seyid Musa Şübeyri Zəncani eyni halda Seyid Muhəmməd Damədin fiqhdə xaric dərslərinə qatılaraq 21 illik sürən təhsil dövründə ondan üsulun incəlikləri əhatə edən tam bir dövrü mənimsəyir.

1955-56-cı illərdə Şübeyri Zəncani iki Nəcəf Elmlər Hövzəinə səfər edir və burada böyük ustadlar Seyid Əbdül Hadi Şirazi və Seyid Möhsün Həkimin fiqhi xaric, bununla yanaşı  Ayətullah Xoyinin fiqh və üsul dərslərində də iştirak edir. 1961-ci ildən Qumdakı “Həqqani” məktəbinin müəllimlərindən biri olan Seyid Musa Şübeyri Zəncani hələ müəllimi Mühəqqiq Damadın sağlığında Həcc kitabı mövzusunda fiqh tədrisinə başlayır və bu dərs dövriyyəsi 15 il davam edir. Xaric üsul dərsləri də uzun illər onun əsas tədris etdiyi sahələrdən biri olur. Lakin sonralar o bunu davam etdirmir və fiqhi xaric dərslər zamanı o üsulun zəruri nöqtələrini izah etməklə kifayətlənir. Ayətullah Seyid Musa Şübeyri Zəncaninin uzun illər tədris etdiyi dövrdə bir çox insan onun dərslərindən bəhrələnmişdir.  Onların sırasında: Rza Ustadi, Məhdi Şəbzəndar, Seyid Cəfər Mürtəza Amuli  və sairlərinin adını çəkmək olar.

Ayətullah Şübeyri Zəncaninin bir çox fərqli fətva və hökmləri onu digər təqlid müctəhidlərindən ayırır. Rical elmində səriştəsi, rəvayətlərə xüsusi diqqəti və tək bir xəbərin yetərsiz olduğuna inamı onun fiqhi düşüncəsinin xüsusiyyətləri kimi qəbul edilir. Seyid Möhsün Həkim və Əbül Qasim Xoyinin fikirlərinə xüsusi diqqət, fəqihlər üçün dini hökumətin geniş səlahiyyətlərinə inanmamaq Şübeyr Zəncaninin fiqhi düşüncəsinin digər xüsusiyyətlərindəndir.

Seyid Musa Şübeyri Zəncani yazdığı əsərlərinə əlavə olaraq bəzi vacib şiə kitablarını düzəlişlər və araşdırıcı şərhlər də qələmə almışdır. Bunların sırasında:

“Rical Nəcaşinin araşdırılması” kitabı: Seyid Musa Şübeyri Zəncaninin araşdırması ilə Rical Nəcaşi, 1995-ci ildə Qum Seminariyası Müəllimlər Cəmiyyəti tərəfindən nəşr edilmişdir. Bu əsərin araşdırması Rical Nəcaşinin 14 orijinal nüsxəsi istifadə edilərək aparılmışdır.

"Aşinayi haqq"a şərh kitabı: Farsca "Aşinayi Haqq" adlı kitabda Ağa Muhəmməd Bidabadinin irfani əsərləri Əli Sədri Xoyi tərəfindən qələmə alınmış və Ayətullah Şübeyri Zəncani bu əərə şərh yazmışdır.  Kitab 2000-ci ildə “Nahavandi Publishing” tərəfindən fars, 2012-ci ildə isə ərəb dilində “Khoei Publications” nəşriyyatı tərəfindən çap edilmişdir.

“Dənizdən bir damla” kitabı: Bu kitab Ayətullah Şübeyri Zəncaninin məhdud sayda nəşr olunmuş əsərlərinin bir hissəsi Xanım Məsumənin (s.ə.) ziyarətgahına qayıdarkən söylədiyi "Metodlar" adlı bir fəslin yer aldığı kitabdır. Bu kitabın birinci fəslində məqalələr, müsahibələr və fars əsərlərinə dair şərhlər daxil olmaqla 14 əsəri var. İkinci fəsil, əksəriyyəti şərhlərdən ibarət olan səkkiz ərəb əsərindən ibarətdir və kitabın son bölümü 40 alimin tərcümeyi-halına və xüsusiyyətlərinə istinad edərək elmi, tarixi və əxlaqi məqamları özündə cəmləşdirib. Bu üç cildlik kitab “Şiə Biblioqrafiya İnstitutu” tərəfindən nəşr edilmişdir.

"Dənizdən bir qətrə" kitabı:  2009-cu ildə Qumdakı Şiə Biblioqrafiya İnstitutunda Fars dilində nəşr edilmiş üç cildlik əsərdir.

Şübeyri Zəncanini tədris, təhsil və yazılarla bərabər bir çox sosial, mdəni və elmi layihələr də həyata keçirmişdir. Bunların sırasında:

İmam Məhəmməd Baqir (ə) məktəbi; Bura iki məktəb və bir fiqhi mərkəz daxildir. Mərkəz  fiqhi tədqiqatlara başlamaq və güclü fəqihlərin yetişdirilməsi məqsədi ilə 2001-ci ildə qurulmuşdur. Bu məktəbin təhsil yeddinci sinifindən başlayır və cəmi 12 il davam edir. İmam Məhəmməd Baqir (ə) fiqh mərkəzi, 2012-ci ilin may ayından Seyid Əhməd Şübeyri Zəncaninin və Seyid Musa Şübeyri Zəncaninin əsərlərini nəşr etdirməyə başlayıb. Dini sualları cavablandırmaq, Ayətullah Şübeyri Zəncaninin xaric dərslərini təşkil etmək və seminariyada dərsliklər və dərs vəsaitləri tərtib etmək mərkəzin fəaliyyətinin bir hissəsidir.

Atası Əhməd Zəncaninin vəfatından sonra Xanım Məsumənin (s.ə.) hərəmində namaza imamətlik vəzifəini Ayətullah Musa Şübeyri Zəncani öz üzərinə götürmüşdü.

Allah rəhmət eləsin.