İlahiyyatçı Hacı Abgül Süleymanovun saxlanıldığı bildirilir. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
ilahiyyatçınən hansı idarə tərəfindən saxlanıldığı məlum deyil.
Qeyd edək ki, ötən gün Baş Nazir tərəfindən qəbul edilən qərarla orta məktəblərdə geyim standartları müəyyənləşdirilib. Qərara əsasən, təhsilalanlar üçün müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmir.
Qərarın ictimaiyyətə açıqlanmasından sonra inanclı şəxslər arasında narahatlıq yaranıb. Hacı Abgül Süleymanov da öz sosial media hesabında qərarla bağlı paylaşım edərək onun hicabın qadağan edilməsinə yönəldiyini bildirib və buna etirazını ifadə edib.
İlahiyyatçının saxlanılmasının məhz bu paylaşımın ardından baş verdiyi bildirilir. Hazırda onun saxlanılmasının səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib.
Hacı Abgül Süleymanov daha əvvəl də hicab məsələsi ilə bağlı mövqeyi və çıxışları ilə tanınıb; o, 2011-ci ildə həbs olunmuş və 2022-ci ildə 11 illik həbs müddətini başa vuraraq azadlığa çıxmışdı.
Hacı Abgül Süleymanov saxlanılıb