Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasında çıxış edərək ABŞ prezidenti Donald Trampın Qəzza üzrə sülh planını tənqid edib. Makron Qəzzadakı vəziyyəti “utancverici” adlandırıb.
Bu barədə “Deutsche Welle” nəşri yazıb.
Trampın Qəzza sülh planını “diplomatik uğur” kimi təqdim etdiyi çıxışından bir neçə saat sonra danışan Makron bildirib ki, Qəzza zolağında sülhün təmin olunduğu barədə iddia reallığı əks etdirmir. O, fələstinlilərin üzləşdiyi humanitar fəlakətə diqqət çəkib.
Makron xatırladıb ki, Fransa bir il əvvəl təxminən onlarla ölkə ilə birlikdə Fələstin dövlətini tanıyıb.
“Qəzzada baş verənlər qarşısında heç nə etmədən izləməyə davam etsək, nə qədər inandırıcılığımız qalacaq? Bəziləri saxta bir sülhlə öyünür. Amma bu sülh humanitar yardıma çıxışı bir saniyə belə bərpa etməyib. Hamımız üçün utancverici olan bu mənzərəni sadəcə izləyəcəyikmi?” - Fransa prezidenti deyib.
Makron işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılığa da toxunaraq, İsrailin baş naziri Benyamin Netanyahunun hökumətini tənqid edib.
“Qərb Sahilində baş verənlərə baxın. Orada hər gün, dayanmadan, pozuntuların şahidi oluruq. Bəs bütün bunlar nəyin adı ilə edilir? HƏMAS Qərb Sahilində heç vaxt o qədər də fəal olmayıb”, - Makron deyib.
Netanyahu isə bu fikirləri “nəhəng cəfəngiyyat” adlandırıb və bildirib ki, Qərb Sahilindəki Fələstin silahlı qruplaşmasının üzvləri “demək olar ki, hər gün yəhudilərə qarşı hücumlar həyata keçirirlər”.
Makron Qəzzadakı vəziyyəti “utancverici” adlandırıb