İsrail Baş naziri Binyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında kürsüyə qalxdığı zaman çoxlu sayda ölkə nümayəndə heyəti tərəfindən etirazla qarşılanıb. İsrail Baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasına müraciət etmək üçün zala daxil olub və kürsüyə tərəf yönəlib.
Netanyahu kürsüyə qalxdıqdan sonra çoxlu sayda ölkə heyəti İsrailin Qəzzadakı soyqırımına, atəşkəsə baxmayaraq hücumlarını davam etdirməsinə, işğal altındakı İordan çayının qərb sahilində torpaqları qəsb etməsinə, eləcə də Suriya və Livanı hədəf alan hücumlarına etiraz olaraq Baş Assambleya zalını tərk edib.
Nümayəndələr ayağa qalxaraq zalı tərk edərkən salondan etiraz səsləri ucalıb və Netanyahu fitə basılaraq yuhalanıb. Çoxsaylı nümayəndə heyətinin zalı tərk etməsindən sonra Netanyahu demək olar ki, tamamilə boşalmış Baş Assambleya zalında çıxışını davam etdirib.
Beləliklə, Netanyahu 7 oktyabr 2023-cü ildən bəri BMT Baş Assambleyasında 3-cü dəfə etirazla qarşılanıb. Eyni zamanda, Nyu-Yorkdakı BMT Mənzil-Qərargahı ətrafında da geniş təhlükəsizlik tədbirləri fonunda İsrail Baş nazirinə qarşı nümayişlər keçirilib.
Nyu-York küçələrində İsrailin hücumlarına etiraz edən nümayişçilər “İsraili silahlandırmağı dayandırın, Qəzzanın yaşamasına imkan verin” şüarları səsləndirib, “Soyqırıma son qoyun”, “Müharibəni yox, insanları maliyyələşdirin” yazılmış plakatlar daşıyıblar.
BMT-də çıxış edən Netanyahuya etiraz olaraq zalı tərk etdilər

Oxşar xəbərlər