İsrailin Modiin şəhərində ultra-ortodoks (Haredi) yəhudilər ilə İsrail polisi və hərbi polisi arasında baş vermiş kütləvi qarşıdurma baş verib.
İsrail Hərbi Polisi Modiin şəhərindəki yaşayış binalarından birində məskunlaşan və orduda xidmətdən yayınan (fərari sayılan) ultra-ortodoks çağırışçını həbs etmək üçün əməliyyat keçirib. Həbs xəbərini alan yüzlərlə ultra-ortodoks dindar həmin binanın qarşısına toplaşaraq hərbçilərə və polisə müqavimət göstərib. toplanan izdihamın böyük müqaviməti səbəbindən polis və hərbi polisi fərarini saxlaya bilməyib və ərazini polis mühafizəsi altında tərk etməyə məcbur olub.
Bu insident İsraildə böyük rezonans doğurub. Bir tərəfdən ultra-ortodoksların orduda xidmət etmək məcburiyyətinə qarşı etirazları, digər tərəfdən isə ordunun və polisin öz ölkəsinin şəhərində qanunu icra edə bilməməsi idarəetmə böhranı və dövlət institutlarının zəifləməsi kimi kəskin tənqid olunub.
Modiin şəhərində baş verənlər İsrailin təhlükəsizlik strukturlarının və hakimiyyət orqanlarının ünvanına sərt tənqidlər dalğasına yol açıb. “Maariv” qəzetinin hərbi müxbiri Avi Aşkenazi bəyan edib ki, yaşananlar ciddi idarəetmə böhranından və dövlətin hərbi mükəlləfiyyət haqqında qanunun icrasını təmin edə bilməməsindən xəbər verir.
Aşkenazinin sözlərinə görə, İsrail Müdafiə Ordusu və Şabakın (Şin Bet) ölkə hüdudlarından kənarda xüsusi əməliyyatlar keçirmək imkanları fonunda bu vəziyyət xüsusilə ziddiyyətli görünür. Jurnalist qeyd edib ki, ordunun və polisin böyük qüvvələri Modiindəki yaşayış binasında hərbi xidmətdən yayınan ultra-ortodoks (dindar) çağırışçını həbs etmək iqtidarında olmayıb.
Aşkenazi iğtişaşlar zamanı polisin fəaliyyətini də tənqid edib. Onun qiymətləndirməsinə görə, hüquq-mühafizə orqanları toqquşma iştirakçılarını saxlaya, hərbçiləri və polisləri qoruya bilməyiblər. Jurnalist hesab edir ki, hakimiyyət operativ şəkildə əlavə qüvvələri cəlb etməli, həm fərarinin özünü, həm də təhlükəsizlik əməkdaşlarına hücum etməyə cəhd göstərənləri həbs etməli idi.
“Modiindəki insident gözlənilən idi. Bunda təəccüblü heç nə yox idi”, – deyə yazar baş verənləri dövlət təsisatlarının zəifləməsi və idarəetmə sistemindəki problemlərlə əlaqələndirib.
Hərbi müxbir fərarilərin saxlanılması göstəricilərinə də diqqət çəkib. O bildirib ki, ilin ilk 10 ayı ərzində ÇAXAL 300-ə yaxın belə hərbçini həbs edib, onların bir hissəsi isə öz xoşu ilə təslim olub. Müqayisə üçün, eyni dövr ərzində Qəzzada 700-dən çox terrorçu zərərsizləşdirilib, İudeya və Samariyada (İordan çayının qərb sahili) isə 3 mindən çox şəxs saxlanılıb.
Aşkenazi mövcud vəziyyəti daha geniş problemlərlə, o cümlədən millətçilik zəminində törədilən cinayətlərlə mübarizə, mülki aviasiyanın təhlükəsizliyi, 7 oktyabr hadisələrini araşdıran İstintaq Komissiyasının olmaması və ehtiyatda olan hərbçilərin üzərinə düşən artan yük ilə əlaqələndirib.
Jurnalistin qənaətinə görə, ehtiyatda olanların və müddətli hərbi xidmət qulluqçularının ağır şəraitdə xidməti davam etdirdiyi bir vaxtda, hərbi xidmətdən yayınan bəzi şəxslərə güzəştlərin edilməsi xüsusilə ədalətsiz görünür.
Sonda Aşkenazi vurğulayıb ki, Modiində yaşananlar israil hökümətinin asayişi təmin etmək qabiliyyətinin zəiflədiyini göstərən növbəti siqnaldır.
“Sonun başlanğıcı”: İsraildə polislər ilə ultra-ortodokslar arasında toqquşma

Oxşar xəbərlər