7 Oktyabr hadisəsinin 3-cü ili: İsrail kəşfiyyatının iflası, yoxsa Netanyahunun siyasi oyunu?

Bu gün 7 Oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə qəfil və miqyaslı hücumunun 3-cü ildönümü tamam olur. İsraildə minlərlə insanın həyatını itirdiyi bu faciə yad edilsə də, hadisənin pərdəarxası ilə bağlı şübhələr və cavabsız suallar səngimək bilmir. Bir çox ekspertlər və mətbuat orqanları baş verənləri İsrail Baş naziri Binyamin Netanyahunun “məlumatlı passivliyi” və ya tarixdəki daxili siyasi qazanclar üçün imkan yaradılan “saxta hücum” (False Flag) ssenariləri ilə müqayisə edirlər.

Bəs Netanyahu hücumdan xəbərdar idimi? Faktlar nə deyir?

“The New York Times” (NYT) qəzetinin araşdırmasına və tanınmış jurnalist Ronen Berqmanın təqdim etdiyi faktlara əsasən, hücumdan bir qədər əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəhbəri Məhəmməd bin Zayed Netanyahuya zəng edərək HƏMAS-ın böyük bir hücum planlaşdırdığı barədə xəbərdarlıq edib. Məlumatın HƏMAS-ın Qəzzadakı rəhbəri Yəhya Sinvarın “Kömür gözlər” kod adlı vasitəçi (keçmiş fələstinli nazir Süfyan Əbu-Zeydə) vasitəsilə sızdırıldığı bildirilir. Bin Zayed sonradan bu söhbətin baş tutduğunu MKİ-nin direktoru Uilyam Bernsə də təsdiqləyib. Buna baxmayaraq, dəhşətli faktlar ortaya çıxır:

Məlumatın gizlədilməsi: Netanyahu BƏƏ rəhbərinin bu xəbərdarlığını güc strukturlarının rəhbərlərinə ötürməyib.

Təhlükənin danılması: Hücumdan cəmi 6 gün əvvəl — 1 oktyabr 2023-cü ildə keçirilən təhlükəsizlik iclasında Baş nazir xəbərdarlıq barədə tək bir kəlmə də deməyib. Əksinə, o, Qəzzada “sakitliyi qorumaq” niyyətində olduğunu bildirib.

Zərbə təkliflərinə rədd cavabı: İclasda ordu rəhbərlərinin HƏMAS rəhbərliyinə önləyici zərbə endirmək təklifinə Netanyahu qarşı çıxaraq, bunun Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşması prosesinə mane olacağını iddia edib.

Xəbərdarlıq siqnallarının görməzdən gəlinməsi: İsrail kəşfiyyatının hələ 2022-ci ildə əldə etdiyi HƏMAS-ın “Erixon divarı” adlı hücum planı da daxil olmaqla, saysız-hesabsız xəbərdarlıqlar “reallıqdan uzaq” hesab edilərək arxivə atılıb. Siyasi ssenari və “Saxta Hücum” paralleləri

İsrail ordusunun texnoloji baxımdan dünyanın ən güclü sərhəd mühafizə sisteminə malik olduğu bir şəraitdə HƏMAS-ın bu dərəcədə rahatlıqla sərhədi keçməsi, Netanyahunun isə bütün xəbərdarlıqlara rəğmən hərəkətsiz qalması “bu hadisəyə bilərəkdən göz yumuldu?” sualını gücləndirir.

Bu yanaşma tarixə hərbi strateqlərinin böyük müharibələrə bəhanə yaratmaq üçün özlərinə qarşı təşkil etdikləri və ya imkan verdikləri “saxta hücum” (False Flag) taktikasını xatırladır. Netanyahunun daxili siyasi böhrandan çıxmaq və Qəzzada tammiqyaslı əməliyyatlara haqq qazandırmaq üçün hücuma göz yumduğu iddiaları 3 il keçməsinə baxmayaraq gündəmdən düşmür.

Nəticədə, BƏƏ rəhbərinin xəbərdarlığı və kəşfiyyat məlumatları Netanyahunun siyasi masasında cavabsız qaldı, fəsadı isə minlərlə mülki insanın həyatı bahasına baş başa gəldi və Qəzzada da on minlərlə insanın qətliamına bəhanə oldu.