BMT Baş Assambleyası cümə günü Fələstini dəstəkləyən və İsrail işğalını pisləyən beş qətnamə qəbul edib. Qətnamə Fələstin xalqının öz müqəddəratını müəyyənləşdirməsi, həmçinin Yaxın Şərq nizamlanmasına kömək etməyi nəzərdə tutur.
Bütün qətnamələr səs çoxluğu ilə qəbul olunub. Hər bir sənədin qəbluna qarşı çıxan ölkələrin sayı 14-ü keçməyib. Onların əleyhinə səs verən ölkələr arasında ABŞ, İsrail, Kanada və Avstraliyanın adı var.
Baş Assambleya, xüsusilə, "Fələstin probleminin sülh yolu ilə həll olunması" sərlövhəli qətnamədə bu istiqamətdə beynəlxalq səylərin gücləndirilməsinə çağırır və həmçinin Fələstin-İsrail münaqişəsinin ədalətli, davamlı və hərtərəfli şəkildə sülh yolu ilə həllinə nail olmaq və prosesi sürətləndirmək məqsədi ilə Moskvada beynəlxalq konfransın vaxtında keçirilməsini tələb edir.
Sənəd İsrailin Şərqi Qüds daxil olmaqla işğal olunmuş Fələstin ərazilərindəki bütün məskunsalma fəaliyyətinin tamamilə dayandırılmasını tələb edir və həmçinin israilliləri, o cümlədən dini ibadət yerlərində təxribatlara son qoymağa çağırır.
BMT İsrail işğalını pisləyən beş qətnamə qəbul edib

Oxşar xəbərlər