İranda təxminən 10 gündür davam edən leysan yağışına görə baş verən sel fəlakətinin vurduğu ziyanın ilkin miqdarı açıqlanıb.
İran mediasına istinadən verilən məlumata görə, ölkənin şimal və şimal-qərbində həyatı iflic edən leysan yağışı, qərb, cənub-qərb və orta sahələrdə də gücünü artıraraq minlərlə evə ziyan vurub. Yağış əkin sahələrinin su altında qalmasına, dolanışığını heyvandarlıqla təmin edən köçərilərin və kəndlilərin axırlarındakı minlərlə heyvan tələf olub.
44 nəfər öldü, 265 nəfər yaralandı
İranda böyük böhrana çevrilən sel fəlakəti, Novruz tətili üçün ölkənin müxtəlif bölgələrinə səyahət edən turistləri qəfil yaxalayıb. Son məlumatlara görə, ölkənin böyük hissəsində intensiv yağışların səbəb olduğu seldə Fars əyalətində 21, Gülüstanda 7, Mazandaranda 5, Şimali Xorasanda 3 və Loristanda 2, Kirmanşah, Huzistan, Həmədan və Simnanda 1 nəfər ölüb.
Seldən əziyyət çəkən Fars, Kirmanşah, Gülüstan, Loristan, İylam, Simnan, Şimali Xorasan, Rəzəvi Xorasan, Xuzistan, Buşehr, Həmədan, Kirman əyalətlərində 265 nəfər yaralanıb.
İranın 31 əyalətindən 25-ni təsiri altına alan şiddətli yağışlardan yaranmış sel səbəbilə ölkədə təxminən 300 rayon və kəndin təcili yardıma ehtiyac duyduğu bildirilir.
Şiraz şəhərinin girişində Quran Qapısı prospektində yaranan seldə 200-dən çox avtomobil dəmir yığınına çevrilib.
5 əyalətə təxminən 170 milyon dollar zərər dəyib
Sel fəlakətində 5 əyalətə bu ana qədər təxminən 170 milyon dollar zərər dəydiyi bildirilir.
İranın kənd təsərrüfatı naziri Mahmud Huccəti son günlər ölkəni cənginə alan güclü yağış nəticəsində yaranan sel fəlakətinin Gülüstan və Mazandaran əyalətində kənd təsərrüfatı sahələrinə 120 milyon dollardan çox zərər verdiyi deyilir.
Huccəti, "sel fəlakəti Gülüstan əyalətində kənd təsərrüfatı sahələrinə 1 trilyon 50 milyard tümən (təxminən 81 milyon dollar), Mazandaran əyalətinə 550 milyard tümən (təxminən 42 milyon dollar) zərər vurub", - deyə bildirib.
Jurnalistlərə açıqlama verən Kirmanşah vilayətinin fövqəladə hallar komissiyasının sədri Cəlil Balayi isə Kirmanşah vilayətində infrastruktur və kənd təsərrüfatı sahələrində 376 milyard tümən (təxminən 29 milyon dollar) zərərə səbəb olduğunu deyib.
Balayi infrastrukturun möhkəmləndirilməsi işləri üçün 765 milyard tümən (təxminən 59 milyon dollar) vəsaitə ehtiyac duyduqlarını bildirib.
Çaharmahal-Bəxtiyari vilayətinin kənd təsərrüfatı rəsmisi Zəbihullah Qərib də vilayətdəki kənd təsərrüfatı ərazilərinə və suvarma sistemlərinə selə görə 115 milyard tümən (təxminən 9 milyon dollar) həcmində zərər dəydiyini söyləyib.
Simnan vilayətinin qubernatoru Əlirza Aşinagər də sel fəlakətinin Simnana 100 milyard tümən (təxminən 8 milyon dollar) zərər verdiyini bildirib.
O, əyalətdə selə görə yaranan torpaq sürüşməsi nəticəsində 120 evin zərər çəkdiyini deyib.
5 min heyvan tələf olub
İran Baytarlıq qurumunun sədri Əlirza Rafipur ölkənin bir çox əyalətində baş verən sel fəlakətində təxminən 5 min baş heyvanının da tələf olduğunu bildirib.
Rafipur, "Mazandaran, Gülüstan, Kirmanşah, Loristan və Şimali Xorasan əyalətlərində 4 min 500 kiçik baş və 136 iribuynuzlu heyvan selin qurbanı olub", - deyib.
Təxminən 6 min arı ailəsi ölüb
Arı istehsalçılarının da seldən zərər çəkdiyini deyən Rafipur, "Mazandaran əyalətində 5 min 680 və Gülüstan əyalətində 295 arı ailəsi selin qurbanı olub", - deyə bildirib.
Ət və yumurta istehsalı üçün yetişdirilən 841 min 500 ev quşunun sel nəticəsində tələf olduğunu deyən Rafipur, "həmçinin Gülüstan, Kirmanşah, Loristan əyalətlərində 94 soyuq iqlim balığı istehsal təsərrüfatı ilə 500 hektar isti iqlim balığı istehsal sahəsi zərər çəkib", - söyləyib.
Su anbarları daşdı
İranda Gülüstan vilayətinin meliorasiya idarəsinin direktor müavini Hüseyn Dehkan güclü yağışa görə bölgədəki bəndlərin daşdığını, bəndlərdəki su həcminin 2.5 dəfə artdığını bildirib.
Əyalətdəki su anbarlarının ümumi su saxlama gücünün 118 milyon kubmetr olduğuna işarə edən Dehkan, hazırda anbarlarda 264 milyon kubmetr su toplandığını deyib.
Yeni sel xəbərdarlığı
İran Meteorologiya idarəsinin baş direktoru Səhər Tacbahş yağışların təxminən 20 gün daha davam edəcəyini, növbəti 5 gündə ölkənin şimal və qərb hissələrində müşahidə ediləcək yağışın bazar və bazar ertəsi günləri gücünü artıraraq sel yaradacağını bildirib.
Tacbəxş, Kirmanşah, İylam, Loristan, Çabarmahal-Bəxtiyari, Kohgiluye-Buyer Əhməd, Şərqi və Qərbi Azərbaycan, Zəncan və Həmədan vilayətlərində torpağın su il doymasına görə növbəti yağışların güclü sel fəlakətinə səbəb ola biləcəyini qeyd edib.
İrandakı sel fəlakətinin ilkin zərərləri açıqlanıb - Foto

Oxşar xəbərlər