Dünya çempionatı: Elcan Hacıyev mübarizəni 1/8 finalda dayandırıb

Azərbaycan cüdoçusu Elcan Hacıyev Bakıda keçirilən dünya çempionatında mübarizəni 1/8 finalda dayandırıb.

Milli üzvü bu mərhələdə Fransa təmsilçisi Maksim-Qel Naqayap Hambuya məğlub olub.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar