Hörmüz boğazında 750 min barel neft daşıyan tanker minaya düşüb

Hörmüz boğazında göyərtəsində 750 min barel neft olan tanker dəniz minasına düşüb.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"750 min barel neft daşıyan tanker SEPAH Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymayaraq icazə verilməyən marşrutla hərəkət etməyə cəhd göstərib. Nəticədə dəniz minasına düşüb. Partlayış baş verib və güclü yanğın yaranıb", - deyə məlumatda qeyd olunub.