PKK-ya bu ölkələr 1 milyard dollar yardım edib

Suriyada müharibənin ilk günlərindən etibarən PKK ilə yaxın münasibət qurmağa başlayan BƏƏ və Səudiyyə Ərəbistanı bu günə qədər terror təşkilatına 1 milyard dollar yardım edib. FaktXəbər "Yeni Şafak" qəzetinə istinadən bildirir ki, bu faktı ər-Riyadla danışıqlarda suriyalı müxalifləri təmsil edən Mustafa Səcəri ortaya çıxarıb.  

Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı PKK terror təşkilatına 2015-2019-cu illər ərzində ümumilikdə 1 milyard dollar yardım göstərib. PKK terror təşkilatına edilən maliyyə yardımına şəxsən səudiyyəli nazir Səmir Sabah nəzarət edib.

Mustafa Səcəri əlavə edib ki, Səudiyyə rəhbərliyi 2016-cı ildən başlayaraq suriyalı müxaliflərə (əksəriyyəti terror qruplaşmaları) maliyyə dəstəyini dayandırıb. Hazırda Türkiyə və bir neçə ölkə  "Azad Suriya Ordusu" (ÖSO) və digər silahlı terror qruplaşmalarını dəstəkləyir.