Türkiyədə 3 PKK terrorçusu saxlanılıb

Türkiyənin Şanlıurfa əyalətində 3 PKK terrorçusu saxlanılıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarına bir neçə terrorçunun Suriyadan Türkiyə ərazisinə keçəcəyinə dair məlumat daxil olub.

Əldə edilən məlumata əsasən əməliyyat təşkil edilib və sərhəddə 3 PKK terrorçusu saxlanılıb.