Türkiyədə mina partlayıb: 1 hərbçi şəhid olub, 2 hərbçi yaralanıb

Türkiyənin Mardin əyalətinin Ömərli rayonunda terrorçu PKK silahlılarının yola döşədikləri əldəqayırma qurğuların partladılması nəticəsində bir hərbçi şəhid olub, 2 hərbçi yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “Haber7” yayıb.

Bildirilib ki, yaralı hərbçilər Ömərli rayon Dövlət Xəstəxanasına yerləşdirilib.