Azərbaycan 2019-cu ilin mayında Türkiyəyə 769,90 milyon kubmetr qaz ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə (601,30 milyon kubmetr) müqayisədə 28,04 faiz çoxdur.
Trend bu barədə Türkiyənin Enerji Bazarının Nizamlanması İdarəsinin hesabatına istinadən məlumat verir.
2019-cu ilin may ayı ərzində Türkiyənin qaz idxalında Azərbaycanın payı 28,72 faiz təşkil edib. 2018-ci ilin mayında bu rəqəm 19,98 faizə bərabər olmuşdu.
Hesabata əsasən, Türkiyə bu ilin mayında 2,81 milyard kubmetr qaz idxal edib. Bunlardan 2,207 milyard kubmetri boru kəməri qazının, 473,19 milyon kubmetri mayeləşdirilmiş təbii qazın payına düşüb.
Qeyd edək ki, Tükiyə Azərbaycandan qazı Cənubi Qafqaz qaz kəməri (Bakı-Tbilisi-Ərzurum) vasitəsilə idxal edir. Türkiyə müqaviləyə əsasən “Şahdəniz” yatağından ildə 6,6 milyard kubmetr qaz satın alır.
Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

Oxşar xəbərlər