İsrail yenidən Livanı bombaladı

İsrail ordusu son saatlarda Livanın cənubunda bir sıra hücumlar həyata keçirib.

Bu barədə Livan Milli Xəbər Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Əl-Mansuri ərazisinə üç hava hücumu və artilleriya atəşi endirilib. Ən azı dörd hava hücumu Tir şəhəri yaxınlığında yerləşən Burc əl-Şimali kəndinə də endirilib.

Livan hökumətinin məlumatına görə, Tirdəki xəstəxanalara ən azı dörd yaralı yerləşdirilib.