Husilər Səudiyyə tankerini vurdular

Husilər (Ənsar Allah) Ədən körfəzində Səudiyyə Ərəbistanının Daisy neft tankerini ballistik raketlə vurublar.

Qruplaşma gəminin vurulduğunu və kursunu dəyişib geri qayıtmağa məcbur edildiyini bildirib.

Onlar Səudiyyə Ərəbistanının neft tankerlərinin hərəkətlərini izlədiyini və həm şimaldan, həm də cənubdan Qırmızı dənizdən keçmələrinin qarşısını almaq niyyətində olduqlarını deyib.