Şeyx İsa Qasim ərəblərin ABŞ və İsrail qarşısında acizliyini qınayıb

Bəhreyn şiələrinin rəhbəri ərəb rejimlərini sərt tənqid edərək, ABŞ və İsrailin İslam dünyasında parçalanmanın əsas amilləri olduğunu bildirib.

Bəhreyn şiələrinin rəhbəri regionda baş verən son hadisələr və İslam ümmətinin vəziyyəti ilə bağlı çıxışında ərəb ölkələrinin itaətkar rejimlərini sərt tənqid edərək, bəyan edib:

“Ərəb və İslam dünyasındakı rəsmi rejimlərin heç birinə gizli deyil ki, ABŞ və sionist rejiminin məşum və fitnəkar mövqeləri, proqramları və planları var. Biz, İslam ümmətinin birliyini sarsıtmaq məqsədilə onların media orqanları tərəfindən təşviq edilən zəhərli bir təfriqə mədəniyyətinin şahidiyik".

Şeyx İsa Qasim əlavə edib:

“Bu yanaşma region və milli səviyyədə rəsmi rejimlər arasında ixtilafları daha da dərinləşdirmək məqsədi daşıyır və xüsusilə də dini və məzhəbi fərqlər üzərində güclü şəkildə fokuslanaraq, ən ağır parçalanma formalarını yaratmaq, problemləri davam etdirmək və dağıdıcı, yandırıb-yaxan münaqişələrə zəmin hazırlamaq üçün həyata keçirilir.”