Elnur Cəfərov həbs dövrünü bitirərək azadlığa qovuşub

Müsəlman Birliyi Hərəkatının üzvü Elnur Cəfərov azadlığa çıxıb. O, həbs dövrünü başa vuraraq cəza çəkdiyi 17 - saylı müəssisədən bu səhər buraxılıb. Siyasi məhbus saxta narkotiklərlə ittihama məruz qalmış və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, Elnur Cəfərov 2023-cü il 25 yanvar tarixində saxlanılmışdı. Dini fəallığı səbəbindən həbs edilən inanclı saxta narkotik ittihamı ilə 25 sentyabr 2024-cü il tarixində məhkəmənin qərarı ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

İstintaq dövründə Gəncə təcridxanasında saxlanılan inanclı həbs dövrünü 17 saylı cəzaçəkmə müəssisəsində keçirmişdi.