Əhməd əl-Şaranın İsraillə bağlı açıqlamaları tənqidlərə səbəb olub.
Suriya prezidenti Əhməd əl-Şaranın Əl-Cəzirəyə verdiyi müsahibənin nəticələri davam edir.
Şara İsrail işğal rejimi ilə potensial münaqişənin Suriyanın maraqlarına uyğun olmadığını və müxtəlif ölkələrin vasitəçiliyi ilə İsraillə təhlükəsizlik müqaviləsi imzalamağa çalışdıqlarını bildirmişdi.
Məhəmməd Mursinin prezidentliyi dövründə (2012-2013) Misir Vəqflər Nazirliyinin rəsmi sözçüsü və nazir müşaviri vəzifəsində çalışmış misirli sünni alim Salama Əbdülkavi şəxsi X hesabında Şaranın açıqlamalarına reaksiya verib.
"Qurana görə bu qadağandır"
Əbdülkavi reaksiyasını aşağıdakı cümlələrlə ifadə edib:
Suriya prezidenti deyir: "Biz İsrail ilə hərtərəfli sülhün yolunu açacaq təhlükəsizlik müqaviləsi axtarırıq." Qısacası, bu, tam normallaşma deməkdir.
Bu normallaşma Quranın açıq hökmü ilə qadağandır: “Sizdən kim onları dost tutsa, şübhəsiz ki, o da onlardandır. Qəlbində xəstəlik olanların onlara tərəf qaçaraq: “Bizə bir fəlakət üz verməsindən qorxuruq” dediklərini görəcəksən” (5/51-52).
Sanki ayə bu gün onlar üçün nazil olub.
Hər şeyə əsl adını verin. Allahın dini ilə oynamaqdan, şəriət adı ilə insanları aldatmaqdan və yalan danışmaqdan əl çəkin.”
Misirli alim Şaranın açıqlamalarına cavab verdi: Qurana görə İsraillə normallaşmaq qadağandır