Türkiyə İsrailin işğal olunmuş Fələstin ərazilərində artan qanunsuz məskunlaşma terrorunu qınayıb. Bəyanatda beynəlxalq birliyə çağırış da yer alır.
Türkiyə Fələstin ərazilərində terrorçu İsrail rejiminin qanunsuz məskunlaşma terroruna reaksiya verib. Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı yazılı açıqlama verib.
"İşğal olunmuş Fələstin ərazilərində artan qanunsuz məskunlaşma terrorunu qətiyyətlə qınayırıq" ifadəsinin yer aldığı bəyanatda qeyd olunur ki, İsrail Baş naziri Binyamin Netanyahu hökuməti tərəfindən təşviq edilən "məskunlaşma terrorçuları" tərəfindən 4 fələstinlinin öldürülməsi İsrailin davam edən soyqırım siyasətinin nəticəsidir.
"Fələstin torpaqlarını qəsb edən məskunlaşma terrorçuları və onların tərəfdarları tərəfindən törədilən cinayətlərin cəzasız qalmamasını və günahkarların ədalət mühakiməsinə cəlb olunmasını təmin etmək üçün beynəlxalq birliyə çağırışımızı təkrarlayırıq."
İsrail qüvvələri və Fələstin torpaqlarını ələ keçirmiş israillilər işğal olunmuş Qərb Şəriyəsinin şimalındakı Tel şəhəri yaxınlığında atəş açaraq dörd fələstinlini öldürüb, üçü ağır olmaqla dörd nəfər yaralanıb.
Türkiyə İsraili qınayaraq Beynəlxalq Birliyə çağırış edib