Netanyahu həbs edilməlidir - "Amnesty International"

Beynəlxalq Amnistiya Təşkilatının ("Amnesty International") nümayəndəsi Erika Gevara Rosas İsrailin Baş naziri Benyamin Netanyahunun həbs olunaraq Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) gətirilməsinə çağırıb.

Bu barədə  "Al jazeera" məlumat yayıb. 

"ABŞ hökuməti insan hüquqlarını qorumalı və qanunun aliliyinə hörmət etməlidir", - deyə nəşr Rosasdan sitat gətirib. 

Bundan əvvəl, 2024-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunu Qəzza zolağında müharibə cinayətləri törətməkdə ittiham edərək onun həbsinə order vermişdi.