Qurban Məcnunov dünya çempionatındakı ilk görüşündə qələbə qazanıb

Qurban Məcnunov dünya çempionatındakı ilk görüşündə qələbə qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Məcnunov Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib.

55 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində qırğızıstanlı Alixan Minazarovla üz-üzə gəlib.

Q.Məcnunov rəqibini 9:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.