Bakı Ağır Cinayətlər Məhkəməsində siyasi məhbus Samir Babayevin ilk məhkəmə iclası baş tutub. İyulun 23-də keçirilən məhkəmə istintaq materialları, ittiham aktı ilə tanışlıq xarakteri daşıyıb. Samir Babayev barəsində irəsi sürülən narkotiklərlə bağlı ittihamı rədd edərək ittiham aktı ilə razı olmadığını bildirib. Məhkəmədə ilk vəsadət qaldıran Vəkil Rəsul Cəfərov inanclı barəsində ev dustaqlığı ilə bağlı müraciət etsə də, hakim vəsadəti təmin etməyib.
Ardınca Samir Babayev çıxış edib. O, narkotika ilə bağlı saxta ittihamın Azərbaycan məhkəmə sisteminə qarşı bir utanc olmasını bildirib və əlavə edib ki, özü kimi yüzlərcə inanclını qondarma narkotiklə həbs etmək, şərləmək bu rejimin acizliyinin bariz nümunəsidir.
O, saxlanılan andan işgəncələr, amansız fiziki zorakılıqlara məruz qalmasını bildirərək hal-hazırda sistemin işgəncə üzərində mövcud olmasına diqqət çəkib. Samir eyni halda məhkəməyə saxlanılmasının, həbsinin səbəblərini də bildirib: “Bizim həbsimizə səbəb dini inancımız və dəyərlimiz Hacı Tale Bağırzadənin yanında olmamığımızdır. Dəfələrlə bizə bildiriblər ki, Tale Bağırzadəyə arxa çevir bütün bu baş verənlər sona çatsın.
Biz dini düşüncəmiz və siyasi xəttimizi müəyyən etmişik və heç bir zaman bundan dönməyəcək bir yəqinlik içindəyik. Ona görə də bu yolda hər bir çətinliyə sinə gələcəyimizə əmin olsunlar.”
Məhkəmə boyu diqqət çəkən məqam vəkilin müraciətinə baxmayaraq Samir Babayevin qolundan qaldalın çıxarılmaması olub. O, şüşə arxasında məhkəmənin əvvəlindən sonuna qədər qaldalda qalıb.
Məhkəmə növbəti iclasıni 6 avqust saat 17:00-a qədər ertələyib.
Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü Babayev Samir Əbdülxaliq oğlu 2026-cı il 6 mart tarixində saxlanılıb. Narkotiklərlə ittiham olunan inanclının yayılmış səs yazısında saxlanılan zaman müxtəlif polis idarələrində amansız işgəncələrə məruz qalması əks olunmuşdu.
Samir Babayevin ilk məhkəmə iclası keçirilib