Ermənistan güləşçiləri dünya çempionatında iştirak etmək üçün Bakıya gəlib

Ermənistanın 17 yaşadək sərbəst güləş üzrə milli komandası Bakıda keçiriləcək U-17 dünya çempionatında iştirak etmək üçün Azərbaycana gəlib.

Bu barədə Ermənistan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, komanda yarışın keçiriləcəyi məkana çataraq hazırlıqlara başlayıb. Yeniyetmələr arasında dünya çempionatı sabah Bakıda start götürəcək və müxtəlif ölkələrdən yüzlərlə idmançı mübarizə aparacaq.

Qeyd edək ki, güləş üzrə U-17 dünya çempionatı 27 iyul-2 avqustda Bakıda keçiriləcək.