Pentaqon ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının dəyərini açıqlayıb

ABŞ-ın İrana qarşı hərbi əməliyyatları bu günə qədər təxminən 37,5 milyard dollara başa gəlib.

Bunu Pentaqon rəhbəri Pit Heqset Senatın Təxsisatlar Komitəsinin dinləməsində bildirib.

"Hazırda xərclər 37,5 milyard dollar olaraq qiymətləndirilir", - Heqset bildirib.

O, əlavə edib ki, bu rəqəmə əməliyyatın bütün xərcləri, eləcə də 30 sentyabra qədər hərbi ödənişlər daxildir.