Hizbullah lideri Xəlil əl-Həyyaya təbrik mesajı göndərib

Livan Hizbullah Hərəkatının baş katibi Şeyx Naim Qasim HƏMAS Siyasi Bürosunun rəhbəri seçilən Xəlil əl-Həyyaya təbrik mesajı göndərərək müqavimətin qətiyyətlə davam edəcəyini vurğulayıb.

Hizbullahın açıqlamasına görə, Şeyx Naim Qasim əl-Həyyaya göndərdiyi mesajda bu seçkinin "son dərəcə çətin və düşmənçilik şəraitində" keçirildiyini qeyd edib və bunun HƏMAS-ın müqavimət yolundakı sarsılmaz iradəsinin və qətiyyətinin göstəricisi olduğunu bildirib.

Mesajda Hizbullahın Fələstin xalqının torpaqlarını geri almaq və qanuni hüquqlarına nail olmaq məqsədlərinə uyğun olaraq HƏMAS-ın mübarizəsini dəstəkləməyə davam edəcəyi bildirilib və əlavə edilib: "Hamımız İsrail rejiminə və ABŞ-a qarşı mübarizə aparırıq. Bu yolda fədakarlıq və qətiyyətlə irəliləməyə davam edirik. Əl-Əqsa əməliyyatından üç il keçməsinə baxmayaraq, sionist düşmən məqsədlərinə çata bilməyib".