Qəzzani günahsız insanların cəhənnəminə çevirən İsrail ordusu növbəti dəfə Qəzza zolağına zərbələr endirib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
İsrail həmişəki iddiası ilə ilə bu dəfə də hücumlarında HƏMAS-a məxsus hərbi obyektlərini, o cümlədən silah anbarlarını, silah emalatxanalarını və yeraltı obyektləri hədəf aldığı bildirib.
İsrail ordusunun məlumatına görə, zərbə endirilən anbarlarda Kalaşnikov avtomatları, tank əleyhinə əl qumbaraatanları, minaatan mərmiləri, partlayıcı qurğular və digər hərbi avadanlıqlar olub.
İsrai artıq illərdir ki, eyni ittihamla hətta qaçqın çadırlarını belə atəşə tutmaqdan çəkinmir. Həqiqət budur ki, İsrail müharibəsiz dayana bilməyən və Qəzza torpaqlarını sürətlə mənimsəmə siyasəti həyata keçirən bir xətt üzərində fəaliyyət planı qurub.
İsrail ordusu növbəti dəfə Qəzzaya zərbələr endirib