UEFA Çempionlar Liqası II təsnifat mərhələsi: “Fənərbaxça” qələbə qazanıb

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Türkiyənin “Fənərbaxça” komandası öz meydanında Polşa təmsilçisi “Qornik Zabrze" komandasını qəbul edib.

İstanbul təmsilçisi minimal hesabla qalıb gəlib.

Yeganə topu rəqib qapısından Anderson Taliska keçirib.

Cavab görüşü növbəti həftə baş tutacaq.